“Metallica” qrupu Türkiyəyə 250 min dollar ianə edib

“Metallica” qrupu Türkiyəyə 250 min dollar ianə edib Məşhur “Metallica” musiqi qrupu bu yaxınlarda qeyri-kommersiya fondu vasitəsilə Türkiyənin zəlzələdən xilasetmə işlərinə 250 000 dollar bağışladığını açıqlayıb.
Şou-biznes
15 Fevral , 2023 07:51
“Metallica” qrupu Türkiyəyə 250 min dollar ianə edib

Məşhur “Metallica” musiqi qrupu bu yaxınlarda qeyri-kommersiya fondu vasitəsilə Türkiyənin zəlzələdən xilasetmə işlərinə 250 000 dollar bağışladığını açıqlayıb.

Bu barədə “Report” “Metal Castle.net”ə istinadən əbər verir.

"Türkiyənin cənubunda və Suriyanın şimalında baş verən dağıntıları sözlə təsvir etmək mümkün deyil", - "Metallica" tviterdəki hesabında yazıb:

“7,8 bal gücündə zəlzələ bütün bölgəni xarabalığa çevirdi. Ölənlərin sayı artmaqda davam edir və həlak olanların sayı 35 000 nəfəri keçib”.

Qeyd edilir ki, fevralın 6-da Türkiyənin cənubunda 7,8 bal gücündə zəlzələ baş verib və ondan çox şəhərdə yüzlərlə binaya ziyan dəyib. Bir neçə saat sonra Hatay, Malatya və Qaziantep də daxil olmaqla bir sıra şəhərlərdə ocağı Kahramanmaraş əyalətində olan 7,5 bal gücündə daha bir zəlzələ baş verib. Bu günədək olan son məlumata görə, 35 mindən çox insan həlak olub, on minlərlə insan yaralanıb.

Zəlzələdən sonra yerli fövqəladə qurumlar, o cümlədən Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) dağıntılar altında qalan insanları xilas etmək üçün səfər olublar: “Bundan başqa, Azərbaycan, İsrail, Almaniya və bir çox başqa ölkələr Türkiyəyə çoxlu sayda axtarış-xilasetmə qrupları göndərərək ölkəyə yardım edib”.

Eyni zamanda zəlzələdən zərər çəkmiş şəhərlərə paltar, qida və çadır kimi zəruri ehtiyacların olduğu xeyli sayda yük maşını göndərilb.

Son xəbərlər

Orphus sistemi