"Metallica" musiqi üzrə Nobel mükafatı laureatı olub

"Metallica" musiqi üzrə Nobel mükafatı laureatı olub Bakı. 14 fevral. REPORT.AZ/ Metallica qrupu musiqi üzrə Nobel mükafatı adlanan nüfuzlu Polar Music Award beynəlxalq mükafatına layiq görülüb. 
Şou-biznes
14 Fevral , 2018 14:50
Metallica musiqi üzrə Nobel mükafatı laureatı olub
TV3

Bakı. 14 fevral. REPORT.AZ/ "Metallica" qrupu musiqi üzrə Nobel mükafatı adlanan nüfuzlu "Polar Music Award" beynəlxalq mükafatına layiq görülüb. 

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Mükafatlandırma mərasimi bu il iyunun 14-də Stokholmda keçiriləcək. Tədbirdə İsveç kral ailəsinin üzvləri iştirak edəcəklər.

"Metallica" bu mükafatı qazanan ilk metal-qrupdur.

Mükafata həmçinin Əfqanıstan Milli Musiqi İnstitutu və onun qurucusu Əhməd Sarmast layiq görülüb. Daha əvvəlki qaliblər arasında Pol Makkartni, Çak Berri, Bi Bi Kinq kimi simalar da var.

Mükafat ABBA qrupunun meneceri Stiq Andersen tərəfindən 1989-cu ildə yaradılıb.

Son xəbərlər

Orphus sistemi