Məşhur ukraynalı müğənni Moskvada təcili xəstəxanaya yerləşdirilib

Məşhur ukraynalı müğənni Moskvada təcili xəstəxanaya yerləşdirilib Bakı. 24 oktyabr. REPORT.AZ/ Ukraynalı müğənni Svetlana Loboda Moskvada təcili xəstəxanaya yerləşdirilib.
Şou-biznes
24 Oktyabr , 2018 07:58
Məşhur ukraynalı müğənni Moskvada təcili xəstəxanaya yerləşdirilib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Ukraynalı müğənni Svetlana Loboda Moskvada təcili xəstəxanaya yerləşdirilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "StarHit" jurnalı yazıb.

Bildirilir ki, 36 yaşlı aktrisa qarın nahiyəsində kəskin ağrılar ilə paytaxt xəstəxanalarından birinə aparılıb. Hazırda ifaçı həkimlərin müayinəsi altındadır, onun əməliyyat olunma ehtimalı var.

Nəşr yazır ki, müğənniyə dəqiq hansı diaqnozun qoyulduğu məlum deyil, lakin onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Aktrisanın "Instagram"a yerləşdirilən afişasına görə, onun 25, 26 və 28 oktyabr tarixlərində Moskvada konsertləri planlaşdırılırdı.

Bundan əvvəl Svetlana Loboda "Jara-2018" Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakıda konsert vermişdi.

Son xəbərlər

Orphus sistemi