Məşhur qrupun solisti vəfat edib

Məşhur qrupun solisti vəfat edib Tanınmış ingilis müğənni, "Delays" qrupunun solisti Qreq Gilbert vəfat edib.
Şou-biznes
1 Oktyabr , 2021 18:42
Məşhur qrupun solisti vəfat edib
Qreq Gilbert

Tanınmış ingilis müğənni, "Delays" qrupunun solisti Qreq Gilbert vəfat edib.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, o, 44 yaşında dünyasını dəyişib.

Müğənni bağırsaq xərçəngindən əziyyət çəkirdi.

Qeyd edək ki, Q.Gilbert 2001-ci ildə qurulan "Delays" qrupunun solisti idi. Qrup bu günə qədər "Faded Seaside Glamour" da daxil olmaqla dörd albom buraxıb. Gilbert xərçəngə yoluxduğunu öyrənəndən sonra həyatını şeir və sənətə həsr edib, hətta miniatür və eskizlərdən ibarət sərgi də açıb.

Son xəbərlər

Orphus sistemi