Məşhur hind aktyoru Los-Anceles aeroportunda saxlanılıb

Məşhur hind aktyoru Los-Anceles aeroportunda saxlanılıb Şahrux Xan ABŞ immiqrasiya xidməti əməkdaşları tərəfindən saxlanılıb
Şou-biznes
167
12 Avqust , 2016 15:35
Məşhur hind aktyoru Los-Anceles aeroportunda saxlanılıb

Bakı. 12 avqust. REPORT.AZ/ "Bollivud kralı" adlandırılan məşhur hind aktyoru Şahrux Xan Los-Anceles hava limanında immiqrasiya xidməti əməkdaşları tərəfindən saxlanılıb.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə aktyor "Twitter" səhifəsində yazıb.

"Dünyada baş verən olayları nəzərə alaraq, təhlükəsizlik tədbirlərinə hörmətlə yanaşıram. Amma hər dəfə immiqrasiya xidməti əməkdaşları tərəfindən saxlanılmağım çox üzücüdür",- deyə Şahrux Xan sosial şəbəkədəki səhifəsində bildirib.

Aktyor nə qədər saxlanılması ilə bağlı heç bir qeyd yazmayıb.

Onun saxlanılması ilə əlaqədar ABŞ-ın bəzi diplomatları təəssüfünü dilə gətirib. Məsələn, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisi Nişa Bisval hadisəyə görə təəssüfləndiyini, amma hərdən hətta amerikalı diplomatların əlavə yoxlamaya məruz qaldığını bildirib.

Son xəbərlər

Orphus sistemi