Məşhur amerikalı aktyor vəfat etdi

Məşhur amerikalı aktyor vəfat etdi Amerikalı aktyor Sem Lloyd 56 yaşında dünyasını dəyişib.
Şou-biznes
2 May , 2020 10:37
Məşhur amerikalı aktyor vəfat etdi

Amerikalı aktyor Sem Lloyd 56 yaşında dünyasını dəyişib.

“Report” “Variety”yə istinadən xəbər verir ki, hələ ötən ilin yanvar ayında onda xərçəng aşkarlanmışdı.

Məlumata görə, aktyor diaqnoz barədə ilk uşağının doğulmasından bir neçə həftə sonra öyrənib.

Qeyd edək ki, ilk növbədə, “Scrubs” serialından tanınan S.Lloyd həmçinin “Utanmazlar”, “Fədakar evdar qadınlar”, “Amerikan ailə”, “Saynfeld” seriallarında oynadığı rollarla məşhurdur. O, həmçinin istedadlı musiqiçi olub. 

İngilis versiyası Famous American actor dies

Son xəbərlər

Orphus sistemi