Məşhur aktyor Cim Kerri məhkəməyə verilib

Məşhur aktyor Cim Kerri məhkəməyə verilib Aktyorun keçmiş rəfiqəsinin anası onu qanunsuz hərəkətlərlə ölümə səbəbkar olmaqda ittiham edir
Şou-biznes
12 Oktyabr , 2016 11:01
Məşhur aktyor Cim Kerri məhkəməyə verilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Məşhur aktyor Cim Kerrinin keçmiş rəfiqəsi Katriona Raytın anası sənətçini məhkəməyə verib.

"Report" BBC-yə istinadən xəbər verir ki, ana Uayt dozadan artıq dərman preparatları qəbul etdiyinə görə, ötən ilin sentybar ayında dünyasını dəyişən qızının ölümündə C.Kerrini günahkar bilir və onu qanunsuz hərəkətlərlə ölümə səbəbkar olmaqda ittiham edir.

İddia mərhumun həyat yoldaşının məhkəməyə bənzər ərizə ilə müraciət etməsindən bir ay sonra qaldırılıb.

Onların hər ikisi K.Uaytın məhz Cim Kerrinin tapıb gətirdiyi preparatları həddən artıq miqdarda içdiyinə görə öldüyünü iddia edir.

Aktyorun vəkilləri isə öz növbəsində bu ittihamların əsassız olduğunu və müştəriləri tərəfdən qətiyyətlə təkzib edildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi