Məşhur aktrisa vəfat edib

Məşhur aktrisa vəfat edib “Varlılar da ağlayır”, “Yabanı qızıl gül” seriallarında rol alan meksikalı aktrisa Maleni Morales vəfat edib.
Şou-biznes
22 Noyabr , 2020 03:22
Məşhur aktrisa vəfat edib

“Varlılar da ağlayır”, “Yabanı qızıl gül” seriallarında rol alan meksikalı aktrisa Maleni Morales vəfat edib.

“Report” RİA “Novosti” yə istinadən xəbər verir ki, bu barədə Meksika Aktyorlarının Milli Assosiasiyası tvitterdə məlumat yayıb.

“Aktyorlarının Milli Assosiasiyası, bu gün dünyasını dəyişən həmkarımız Maleni Moralesin vəfatından dərin təəssüf hissi keçirir. Otto Sirqoya, ailəsinə və dostlarına başsağlığı veririk”.

Morales 45 ildən çoxdur aktyor Otto Sirqo ilə evli idi. Onun ölüm səbəbi açıqlanmır.

Son xəbərlər

Orphus sistemi