Məşhur aktrisa və həyat yoldaşı həbs edildi

Məşhur aktrisa və həyat yoldaşı həbs edildi ABŞ-da qızını saxta yolla kollecə qəbul etdirən Hollivudun məşhur aktrisası Lori Laflin barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib
Şou-biznes
22 Avqust , 2020 01:43
Məşhur aktrisa və həyat yoldaşı həbs edildi
Lori Laflin

ABŞ-da qızını saxta yolla kollecə qəbul etdirən Hollivudun məşhur aktrisası Lori Laflin barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib

“Report”un məlumatına görə, bu barədə “CNN” xəbər yayıb.

Lori Laflin azadlıqdan məhrum edilməklə yanaşı, 100 saat ictimai iş görməli və 150 min ABŞ dolları cərimə ödəməlidir.

Aktirasının həyat yoldaşı Cannulli barəsində isə beş ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, 250 saat ictimai iş görməli və dövlətin hesabına 250 min ABŞ dolları məbləğində vəsait ödəməlidir.

Onların hər ikisi də noyabrın 19-dək ABŞ Həbsxana İdarəsinə təslim olmalıdırlar.

Qeyd edək ki, Cannulli və Laflin qızlarının Cənubi Kaliforniya Universitetinə daxil olması üçün 500 min ABŞ dolları ödəyib. Bu məlumat mətbuatda yayıldıqdan sonra böyük rezonans doğurub.

Son xəbərlər

Orphus sistemi