Merilin Monronun şəxsi əşyaları hərraca çıxarılıb

Merilin Monronun şəxsi əşyaları hərraca çıxarılıb Hərraca çıxarılan şəxsi əşyaların ümumi dəyərinin 2-4 milyon dollar olduğu bildirilir
Şou-biznes
10 May , 2016 19:26
Merilin Monronun şəxsi əşyaları hərraca çıxarılıb

Bakı. 10 may. REPORT.AZ/ Dünya şöhrətli aktrisa Merilin Monronun şəxsi kolleksiyasına aid olan yüzlərlə əşya Los-Ancelesdəki hərracda satılacaq.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hərraca 500 ədəd əşya çıxarılacaq.

Hərracda satılacaq əşyalar Merilin Monronun müəllimi olmuş, rejissor Li Strasberqunun şəxsi arxivindən götürüb. Belə ki, Merilin Monro sağlığında özünə aid olan bu əşyaları müəllimi olmuş rejissora vəsiyyət edib.

Əşyaları ümuni dəyərinin 2-4 milyon dollar civarında olduğu bildirilir.

Hərraca çıxarılan əşyalar arasında Merilin Monronun əl çantası, zinət əşyalarını saxladığı kiçik çemodan, üzərində brilliant daşlar olan saat, fotoşəkilləri, parfümeriya və kosmetika dəstləri və bir neçə qutu "Philip" "Morris" siqaretləri var. Aktrisa bu siqaretləri çəkməyi çox sevərmiş.

Hərracın təşkilatçıları bidiriblər ki, aktrisanın şəxsi əşyaları satışa çıxarılmadan diqqət çəkə bilib.

Qeyd edək ki, Merilin Monronun şəxsi əşyalarından ibarət növbəti hərracın noyabrda Londonda keçiriləcəyi gözlənilir.


Son xəbərlər

Orphus sistemi