Mərhum İlhamə Quliyevanın sabiq köməkçisinin məhkəməsi davam etdirilib

Mərhum İlhamə Quliyevanın sabiq köməkçisinin məhkəməsi davam etdirilib Onun vəkilləri məhkəmədə əlavə şahidlərin dindirilməsini istəyib
Şou-biznes
4 Oktyabr , 2016 16:57
Mərhum İlhamə Quliyevanın sabiq köməkçisinin məhkəməsi davam etdirilib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin məhkəməyə gəlmədiyi elan olunub.

Hakim bildirib ki, şahidlərdən Zəminə Məhərrəmovanın məhkəməyə gəlməməsinə səbəb onun səhhətində yaranan problemin olmasıdır: "Bununla bağlı Zəminə xanım özü məhkəməyə zəng vuraraq məlumat verib. O qeyd edib ki, istintaqa verdiyi ifadəni təsdiqləyir".

Daha sonra məhkəmə iclasında Z.Məhərrəmovanın istintaqa verdiyi ifadə elan edilib.

Məhkəmə təqsirləndirilən M.Hüseynovaya sərbəst ifadə vermək təklifi edib. Lakin onun vəkilləri məhkəmədə əlavə şahidlərin dindirilməsini istəyib.

Hakim M.Hüseynovaya yenidən vəsatət vermələrini bildirib.

Məhkəmənin növbəti prosesi okryabrın 11-nə təyin edilib.

Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi