Maykl Ceksonun ölümündən əvvəl yazdığı məktublar tapılıb

Maykl Ceksonun ölümündən əvvəl yazdığı məktublar tapılıb Məktublarda pop ifaçısı öldürülməkdən qorxduğunu qeyd edib
Şou-biznes
1818
29 İyun , 2017 15:04
Maykl Ceksonun ölümündən əvvəl yazdığı məktublar tapılıb

Bakı. 29 iyun. REPORT.AZ/ Məşhur pop ulduz Maykl Ceksonun ölümündən bir həftə əvvəl yazdığı məktublar tapılıb. 

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu jurnalist Daphne Baraka bildirib.

Onun sözlərinə görə, müğənni həmin məktubları yaxın dostu Maykl Cakobshacena yazıb. M.Cekson məktublarında öldürülməkdən qorxduğunu qeyd edib. 

O, məktublarından birində yazıb: "Sistem sahib olduqlarıma görə məni öldürmək istəyir". Digərində isə bildirib: "Üzərimdə çox təzyiq var. Özümü pis hiss edirəm. Həyatımdan narahatam. Sabah Cozefə zəng et". 

M.Cekson məktublarını əl yazısı ilə yazılıb. 

Qeyd edək ki, M.Cekson 2009-cu ilin iyununda şəxsi həkimi Konrad Murrayın nəzarəti altında olarkən ölüb. Bundan sonra həkimə qarşı ehtiyatsızlıqdan adam öldürməyə görə ilə 4 il həbs cəzası verilib.

Son xəbərlər

Orphus sistemi