Maykl Ceksonun atası yol qəzasından sonra xəstəxanaya yerləşdirilib

Maykl Ceksonun atası yol qəzasından sonra xəstəxanaya yerləşdirilib Hadisə Las-Veqasda baş verib
Şou-biznes
1 İyul , 2017 03:59
Maykl Ceksonun atası yol qəzasından sonra xəstəxanaya yerləşdirilib

Bakı. 1 iyul. REPORT.AZ/ Mərhum Maykl Ceksonun atası, musiqi meneceri Co Cekson Las-Veqasda yol qəzasına düşdükdən sonra xəstəxanaya yerləşdirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, qəza onun içərisində olduğu və sərnişin oturacağında əyləşdiyi maşına başqa bir avtomobilin çırpılması nəticəsində baş verib.

Agentliyin məlumatına görə, qəzadan sonra Cekson sinəsində ağrıların olmasından şikayətlənib. Bir müddət sonra o hər şeyin qaydasında olduğunu və xəsarət almadığını bildirib.

Son xəbərlər

Orphus sistemi