Maykl Ceksonun 19 yaşlı qızı ilk dəfə filmə çəkilir

Maykl Ceksonun 19 yaşlı qızı ilk dəfə filmə çəkilir Onun filmdəki tərəfdaşları Şarliz Teron, Amanda Seyfred və Devid Oyelouo olacaq
Şou-biznes
141
3 May , 2017 15:51
Maykl Ceksonun 19 yaşlı qızı ilk dəfə filmə çəkilir

Bakı. 3 may. REPORT.AZ/ Mərhum amerikalı pop müğənni Maykl Ceksonun qızı Peris bu yaxınlarda "Ulduz" serialının bir epizoduna çəkilib.

"Report" "Hollywood Reporter"ə istinadən xəbər verir ki, o, indi tam metrajlı filmdə debüt etməyi planlaşdırır.

Aktrisalıq karyerasına yenicə başlayan Peris Ceksonun ekrana ilk çıxışı Neş Edgertonun filmi ilə olacaq. Layihə hələ adsızdır. Lakin filmin komediyalı triller olacağı məlumdur. Fİlmdə baş rolu Devid Oyelouyo ifa edəcək.

Filmdə Perisin hansı rolu canlandıracağı barədə məlumat verilmir. Amma çəkilişlərdə həmçinin Şarliz Teron və Amanda Seyfredin iştirak etdiyi bəllidir.

Son xəbərlər

Orphus sistemi