Masallıda "Kəklikotu" kino-komediyasının təqdimatı keçirilib - VİDEO

Masallıda "Kəklikotu" kino-komediyasının təqdimatı keçirilib - VİDEO Masallı. 20 noyabr. REPORT.AZ/ Masallı rayonunda Cinemazadeh studiyasının istehsalı olan Kəklikotu kino-komediyasının təqdimatı keçirilib.
Şou-biznes
20 Noyabr , 2018 16:33
Masallıda Kəklikotu kino-komediyasının təqdimatı keçirilib - VİDEO
Report/Elchin Murad

Masallı. 20 noyabr. REPORT.AZ/ Masallı rayonunda "Cinemazadeh" studiyasının istehsalı olan "Kəklikotu" kino-komediyasının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, "ASAN həyat" KinoKlubun CinemaPlus Masallı filialında baş tutan mərasimdə filmin yaradıcı heyəti də iştirak edib. 

Onlar tədbirin qonaqları ilə şəkil çəkdirərək avtoqraf veriblər. Aktyorlar ekran əsərinin ərsəyə gəlmə prosesindən danışıblar.

Süjet xəttinə görə, meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu başqasına çatacaq bir kisə kəklikotunu yolda satır. Sonradan məlum olur ki, kisədəki kəklikotu deyilmiş. Məhz bu macəra, eləcə də peşəkar heyət filmin böyük tamaşaçı auditoriyası qazanmasına səbəb olub.

Tamaşaçılar ekran əsərini gur alqışlarla qarşılayıb.

Filmdə Müşfiq Şahverdiyev, Nigar Camal, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Aqil M Quliyev, Məcid Hüseynov, Fərda Amin, Elcan Rəsulov kimi 20-dən çox tanınmış aktyor, müğənni və rejissor çəkilib.

Filmin baş prodüseri Cəfər Axundzadə, quruluşçu rejissorları Cəfər Axundzadə və Vüqar İslamzadə, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Rüstəm Zeynalov, musiqi direktoru Aynur Axundzadə, icraçı prodüserləri Tural Əsədov və Xətai Əlidir.

Son xəbərlər

Orphus sistemi