“Marvel” yeni “Dəmir adam” çəkəcək

“Marvel” yeni “Dəmir adam” çəkəcək
Şou-biznes
144
15 İyun , 2020 11:35
“Marvel” yeni “Dəmir adam” çəkəcək

“Marvel” şirkəti “Dəmir adam” komikslərinin davam edəcəyini açıqlayıb.

“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkətin “YouTube” kanalındakı tizerdə deyilir.

Yeni hekayə üzərində yazıçı Kristofer Kentuell və rəssam CAFU işləyəcək, Aleks Ross isə yeni Stark zirehini yaradacaq.

Süjetin qısa təsvirinə görə, Toni Stark çətin yaşayıb və indi qisas alır.

“Toni Stark bu ilin sentyabr ayında geri dönəcək”, - videonun altındakı yazıda deyilir.