Maltanın "Eurovision-2016" təmsilçisi Azərbaycana səs verməyə çağırıb

Maltanın "Eurovision-2016" təmsilçisi Azərbaycana səs verməyə çağırıb O, həmçinin Azərbaycandan xal alacağına ümid edir
Şou-biznes
10 May , 2016 16:56
Maltanın Eurovision-2016 təmsilçisi Azərbaycana səs verməyə çağırıb

Bakı. 10 may. REPORT.AZ/ Maltanı "Eurovision-2016" mahnı müsabiqəsində təmsil edəcək İra Losko fanatlarını Azərbaycana səs verməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə o, "Facebook"dakı hesabında yazıb.

İ.Losko həmçinin Azərbaycandan xal alacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, buna qədər müsabiqədə Azərbaycanı təmsil edəcək Səmra Rəhimli təqdimat-turu çərçivəsində Maltaya səfər edərək İ.Losko ilə görüşüb, eləcə də Malta televiziyasında çıxış edib.

S.Rəhimli və İ.Losko Stokholmda keçiriləcək müsabiqənin birinci yarımfinalında bu gün çıxış edəcəklər.

Son xəbərlər

Orphus sistemi