Madonna 60 illik yubileyini Mərakeşdə qeyd edib - FOTO

Madonna 60 illik yubileyini Mərakeşdə qeyd edib - FOTO Bakı. 17 avqust. REPORT.AZ/ Müğənni Madonna 60 illik yubileyini Mərakeşdə qeyd edib.
Şou-biznes
17 Avqust , 2018 10:45
Madonna 60 illik yubileyini Mərakeşdə qeyd edib - FOTO

Bakı. 17 avqust. REPORT.AZ/ Müğənni Madonna 60 illik yubileyini Mərakeşdə qeyd edib.

"Report" TASS-a istinadən xəbər verir ki, müğənni yubileyini dostlarının əhatəsində Şimali Afrika krallığının ən çox ziyarət edilən turizm mərkəzi olan Mərrakeş şəhərində keçirməyi qərara alıb.

Əsas təmtəraqlı mərasim şəhərin orta əsrləri xatırladan məhəllələrindən birindəki riyadda (ənənəvi etnik üslubda olan hotel) baş tutub.

Hotelin içi müğənninin gəlişi ilə əlaqədar xüsusi olaraq bəzədilib. Madonna və dostları Mərakeş yaxınlığında, eləcə də səhrada yerləşən "Aqafay" istirahət mərkəzində bir müddət istirahət edəcəklər.

Müğənninin məskunlaşdığı hotelin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. 

Məlumata görə, təmtəraqlı doğum günü şənliyinə təxminən 50 qonaq dəvət olunub.

Son xəbərlər

Orphus sistemi