​Klassik alman musiqisinin patriarxı Kurt Mazur vəfat edib

​Klassik alman musiqisinin patriarxı Kurt Mazur vəfat edib Musiqiçi uzun müddət Parkinson xəstəliyindən əziyyət çəkib
Şou-biznes
20 Dekabr , 2015 07:47
​Klassik alman musiqisinin patriarxı Kurt Mazur vəfat edib

Bakı. 20 dekabr. REPORT.AZ/ Məşhur alman dirijor Kurt Mazur dekabrın 19-da 88 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə Mazurun 1991-2002-ci illərdə baş dirijoru olduğu Nyu-York Filarmoniyasının orkestrı məlumat yayıb.

Onun hansı şəraitdə və nədən öldüyü bildirilmir. Məlumdur ki, musiqiçi uzun müddət Parkinson xəstəliyindən əziyyət çəkib.

Mazur dünyanın ən görkəmli dirijorlarından biridir. Kurt Mazur 2002-ci ildən Fransa milli orkestrına rəhbərlik edib. O həmin müddətdə həm də, London Filarmoniya orkestrında baş dirijor olub.

Son xəbərlər

Orphus sistemi