Kann film festivalı finiş xəttinin bir addımlığındadır

Kann film festivalı finiş xəttinin bir addımlığındadır Bu gün səhərdən başlayaraq 19 filmin hamısına təkrar baxış olacaq
Şou-biznes
24 May , 2015 09:25
Kann film festivalı finiş xəttinin bir addımlığındadır

Bakı. 24 May. REPORT.AZ/ Fransanın Kann şəhərində keçirilən film festivalı finiş xəttinin bir addımlığındadır.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Mayın 23-də məşhur Festivallar sarayında əsas müsabiqə proqramı filmlərinin nümayişi başa çatıb.

Avstriya rejissoru Castin Kurzelin “Maqbet” filmi Qızıl palma budağı mükafatına iddialı 19 ekran əsərindən sonuncusu olub. Uilyam Şekspirin eyni adlı pyesi əsasında ekranlaşdırılmış filmdə baş rollarda Maykl Fassbender və Marion Kotiyyar çəkiliblər. Bu filmin nümayişi ilə də 11 gün davam edən kinomarafonun əsas müsabiqə proqramı yekunlaşıb.

Yüksək mükafata əsas namizədlər arasında italyan rejissoru Nanni Morettinin “Mənim anam”, onun həmvətəni Paolo Sorrentinonun “Gənclik”, baş rollarda Todda Xeynslə Keyt Blanşettin çəkildikləri “Kerol” filmləri var.

Bu gün səhərdən başlayaraq 19 filmin hamısına təkrar baxış olacaq. Koen qardaşlarının sədrlik etdikləri münsiflər heyətinin qərarı həmin gün axşam açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi