İtaliyada dünya şöhrətli modelyer haqqında filmin çəkilişinə başlanılıb

İtaliyada dünya şöhrətli modelyer haqqında filmin çəkilişinə başlanılıb Canni Versaçenin obrazını Antonio Banderas canlandıracaq
Şou-biznes
131
21 İyul , 2016 09:55
İtaliyada dünya şöhrətli modelyer haqqında filmin çəkilişinə başlanılıb

Bakı. 21 iyul. REPORT.AZ/ Dünya şöhrətli modelyer Canni Versaçe haqqında film çəkilir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, 1997-ci ildə öldürülən məşhur modelyerin həyatından bəhs edən filmin çəkilişləri C.Versaçenin doğma şəhəri Reco-di Kalabriyada başlanılıb.

Filmin çəkilişləri İtaliyanın bir neçə şəhərində və məşhur modelyerin öldürüldüyü Mayamidə baş tutacaq.

Yeni ekran əsəri haqqında ilkin informasiyalar az olsa da, ekran əsərini tanınmış rejissor Bill Auqustun çəkəcəyi məlum olub. Baş rolda məşhur aktyor Antonio Banderas çəkiləcək.

C.Versaçe haqqında ekranlaşdırılacaq bədii filmin 2017-ci ildə, məşhur modelyerin ölümünün 20-ci ilində hazır olacağı nəzərdə tutulub.


Son xəbərlər

Orphus sistemi