İran televiziyası “Oskar” mükafatının təqdimat mərasimində aktrisanın dekoltesini boyayıb - FOTO

İran televiziyası “Oskar” mükafatının təqdimat mərasimində aktrisanın dekoltesini boyayıb - FOTO İran KİV-i və kinosenzurası xarici film, yaxud şoularda foto və ya səhnələri həmişə belə “redaktə” edir
Şou-biznes
361
1 Mart , 2017 15:20
İran televiziyası “Oskar” mükafatının təqdimat mərasimində aktrisanın dekoltesini boyayıb - FOTO

Bakı. 1 mart. REPORT.AZ/ İran televiziyası və “ILNA News” agentliyi Los-Ancelosda keçirilən “Oskar” kinomükafatının təqdimat mərasimində aktrisa Şarliz Teronun dekoltesini “boyayaraq” göstərib.

“Report” “Lenta.ru”ya istinadən xəbər verir ki, aktrisa Şarliz Teron “Xarici dildə ən yaxşı” film nominasiyasında İran istehsalı olan “Satıcı”nın qalib gəldiyini elan edib.

Agentlik bu xəbərdən görüntüləri yayımlayarkən aktrisanın dekoltesindəki açıq yerlərin hamısını retuşlayaraq göstərib.

Qeyd edək ki, İran KİV-i və kinosenzurası xarici film, yaxud şoularda foto və ya səhnələri həmişə belə “redaktə” edir. 

Son xəbərlər

Orphus sistemi