​Kobzon Vladimir Putinə Krımı Rusiyanın tərkibində göstərən xəritə hədiyyə edib

​Kobzon Vladimir Putinə Krımı Rusiyanın tərkibində göstərən xəritə hədiyyə edib "Bir dəfə Avstriyada qədim əşyaların satıldığı mağazaya daxil oldum və 1804-cü ilə aid xəritə gördüm"
Şou-biznes
18 Yanvar , 2015 13:46
​Kobzon Vladimir Putinə Krımı Rusiyanın tərkibində göstərən xəritə hədiyyə edib

Bakı. 18 yanvar. REPORT.AZ/ Rusiyalı müğənni İosif Kobzon prezident Vladimir Putinə Krımı Rusiya imperiyasının tərkibində əks etdirən 1804-cü ilə aid xəritə hədiyyə edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə müğənninin özü məlumat verib.

"Bir dəfə Avstriyada qədim əşyaların satıldığı mağazaya daxil oldum və 1804-cü ilə aid xəritə gördüm. Xəritədə Krım Rusiya imperiyasının tərkibində göstərilmişdi. Mən həmin xəritəni Vladimir Putinə hədiyyə etdim", - deyə Kobzon bildirib.

Son xəbərlər

Orphus sistemi