Məşhur ​Hollivud ulduzunun 200 min dollarlıq əşyası itib

Məşhur ​Hollivud ulduzunun 200 min dollarlıq əşyası itib "Hələlik hesablama aparılır, ancaq bu rəqəmin böyüyəcəyi istisna edilmir"
Şou-biznes
9 May , 2015 11:02
Məşhur ​Hollivud ulduzunun 200 min dollarlıq əşyası itib

Bakı. 9 may. REPORT.AZ/ ABŞ-ın Los-Anceles şəhərində tanınmış Hollivudu ulduzu Demi Murun 200 min dollarlıq paltarı və başqa əşyaları itib.

"Report" xəbər verir ki, bu haqda ABŞ-ın "CBS" telekanalı məlumat yayıb.

Xəbərə görə, əşyaların və paltarların oğurlandığı ehtimal olunur.

Los-Anceles polisinin təmsilçisi Co Rios deyib ki, Demi Murun geyimini naməlum şəxslər Şimali Hollivudda saxlanma yerindən aparıblar: "İlkin hesablamalara görə, onların qiyməti 200 min dollardır".

Aktrisanın nümayəndəsi bildirib ki, dəyən ziyanı müəyyənləşdirmək üçün saxlanma yerindəki bütün əşyaların siyahısı tutulur: "Hələlik hesablama aparılır, ancaq bu rəqəmin böyüyəcəyi də istisna edilmir".

Son xəbərlər

Orphus sistemi