Türkiyəli aktyor Haluk Bilginer ən yaxşı kişi rolunun ifaçısı kimi Beynəlxalq 47-ci "Emmi" mükafatına layiq görülüb.
“Report” xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.
O, “Şəxsiyyət” serialındakı roluna görə bu mükafatı alıb.
“Özümdən çox, bu mükafat Türkiyəyə gedəcəyi üçün şadam”, - o bildirib.
Haluk Bilginer 21 ölkədən 11 kateqoriya üzrə 44 namizədin adı olan siyahıda ən yaxşı kişi rolunun ifaçısı seçilib.
Xatırladaq ki, "Emmi" mükafatı və ya sadəcə Emmi - Amerikada televiziya sahəsində təqdim edilir. "Emmi" kino sahəsində Oskar, musiqi sahəsində Qremmi, teatr sahəsində Toni mükafatlarının televiziya ekvivalenti sayılır.



