"Forbes" planetin ən varlı rep ifaçılarının reytinqini açıqlayıb

"Forbes" planetin ən varlı rep ifaçılarının reytinqini açıqlayıb Siyahının lideri son beş ildir ki, dəyişilməz qalır
Şou-biznes
11 May , 2017 02:56
Forbes planetin ən varlı rep ifaçılarının reytinqini açıqlayıb

Bakı. 11 may. REPORT.AZ/ "Forbes" jurnalı 2017-ci il ərzində ən varlı hip-hop ifaçılarının yer aldığı reytinqi açıqlayıb.

"Report" xəbər verir ki, reytinqdə birinci yeri son beş ildir ki, "Diddy" ləqəbi ilə çıxış edən Şon Kombs tutur.

Onun varidatı 820 milyon dollar dəyərində qiymətləndirilib. Bununla belə reperin reytinqdəki əsas rəqibi "Jay Z" (Şon Karter) birinci yerdən cəmi 10 mln. dollar geri qalır. Üçüncü pillədə dinləyicilərin "Dr. Dre" kimi tanıdığı Andre Yanq qərarlaşıb. Onun varidatı 740 mln. dollar dəyərindədir.

Son xəbərlər

Orphus sistemi