Ən çox qazanan aktrisaların adları açıqlandı

Ən çox qazanan aktrisaların adları açıqlandı İllik gəlirinə görə siyahıya gözəl aktrisa Sofiya Verqara başçılıq edir.
Şou-biznes
3 Oktyabr , 2020 07:50
Ən çox qazanan aktrisaların adları açıqlandı
Sofiya Verqara

“Forbes” jurnalı dünyanın ən varlı aktrisalarının adlarını açıqlayıb.

“Report” xəbər verir ki, jurnalının sıralamalarına əsasən, illik gəlirinə görə siyahıya gözəl aktrisa Sofiya Verqara başçılıq edir. Onun illik gəliri 43 milyon ABŞ dolları təşkil edib.

Aktrisa Angelina Coli 35,5 milyon ABŞ dolları gəliri ilə ikinci yerdə qərarlaşıb.

Füsunkar aktrisa və model Qal Qadot 31 milyon ABŞ dolları qazancı ilə üçüncü yeri tutub.

İlk onluqda Melissa Makkartni (25 milyon ABŞ dolları), Meril Strip (24 milyon ABŞ dolları Emili Blant (22,5 milyon ABŞ dolları), Nikol Kidman (22 milyon ABŞ dolları), Ellen Pompeo (19 milyon ABŞ dolları), Elizabet Moss (16 milyon ABŞ dolları) və Viola Davisin (15,5 milyon ABŞ dolları) adı var.

Son xəbərlər

Orphus sistemi