"Forbes" jurnalı Avropanın ən yüksəködənişli ulduzlarının siyahısını dərc edib

"Forbes" jurnalı Avropanın ən yüksəködənişli ulduzlarının siyahısını dərc edib Britaniyanın "One Direction" qrupu reytinqin lideri olub
Şou-biznes
30 Dekabr , 2016 12:26
Forbes jurnalı Avropanın ən yüksəködənişli ulduzlarının siyahısını dərc edib

Bakı. 30 dekabr. REPORT.AZ/ Böyük Britaniyanın "One Direction" musiqi qrupu "Forbes" jurnalının versiyasına görə, Avropanın ən yüksəködənişli ulduzları reytinqində lider olub.

"Report" xəbər verir ki, musiqiçilər qastrol və reklam müqavilələri sayəsində 110 milyon dollar qazanıb.

Siyahıda ikinci yeri portuqaliyalı futbolçu Kriştianu Ronaldu tutub. Onun illik qazancı 88 milyon dollar təşkil edib. İlk üçlüyü britaniyalı müğənni Adel (80,5 milyon dollar) qapayıb.

Sonrakı sıralarda isveçrəli tennisçi Roje Federer (68 milyon), Britaniyanın "The Rolling Stones" qrupu (66,5 milyon), şotlandiyalı dicey Kelvin Harris (63 milyon dollar) yer alıb.

Qeyd edək ki, daha əvvəl Skarlett Yohanssonun "Forbes" jurnalının versiyasına əsasən, 2016-cı ilin ən çox qazandıran aktyorları (aktrisaları) reytinqində lider olması xəbər verilib.

Son xəbərlər

Orphus sistemi