Filipp Kirkorov: "Jara" festivalına üçüncü dəfə qatılmaqdan fəxr edirəm"

Filipp Kirkorov: "Jara" festivalına üçüncü dəfə qatılmaqdan fəxr edirəm" Bakı. 26 iyul. REPORT.AZ/ Fəxr edirəm ki, Jara festivalına üçüncü dəfə qatılıram.
Şou-biznes
26 İyul , 2018 17:59
Filipp Kirkorov: Jara festivalına üçüncü dəfə qatılmaqdan fəxr edirəm
Report

Bakı. 26 iyul. REPORT.AZ/ "Fəxr edirəm ki, "Jara" festivalına üçüncü dəfə qatılıram".

"Report" xəbər verir ki, bunu Rusiya estradasının ulduzu Filipp Kirkorov Bakıda "Jara-2018" Beynəlxalq Festivalın başlamasına həsr olunmuş mətbuat konfransında deyib.

O, festivalın təşkilatçılarına təşəkkür edib.

"Yay, istirahət vaxtıdır. Biz isə yayın ən vacib festivalını hamımızın sevdiyi qonaqpərvər Bakıda keçiririk", - müğənni deyib.

F.Kirkorov həmçinin festivalın onun qala-konserti ilə başa çatacağını bildirib.

Son xəbərlər

Orphus sistemi