Fidan Hacıyeva Tbilisidə konsert proqramı ilə çıxış edib - FOTO

Fidan Hacıyeva Tbilisidə konsert proqramı ilə çıxış edib - FOTO Konsert Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub
Şou-biznes
11 May , 2018 19:48
Fidan Hacıyeva Tbilisidə konsert proqramı ilə çıxış edib - FOTO

Tbilisi. 11 may. REPORT.AZ/ Azərbaycanın xalq artisti Fidan Hacıyeva mayın 11-də Tbilisidə Şota Rustaveli adına Dövlət Dram Teatrında konsert proqramı ilə çıxış edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konsertdə Türkiyə, Braziliya, Qazaxıstan, Ukrayna, ABŞ, Belarus və digər ölkələrin səfirliklərinin və konsulluqlarının əməkdaşları, Gürcüstanın dövlət və hökumət rəsmiləri, Kvemo Kartli bölgəsinin qubernatorunun müavini Zaur Darğallı, Bolnisi Rayon İcra Hakimiyyəti başçısının müavini Longinoz Həsənov və digər rəsmi şəxslər, ictimaiyyət numayəndələri iştirak ediblər.

Səfirliyin məsul əməkdaşı Samirə Ağayeva Fidan Hacıyevanın konsertinin ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunduğunu bildirib.

Sonra xalq artisti "Sənsiz", "Sevgili canan", "Azərbaycan" və digər xalq və bəstəkar mahnılarını ifa edib. Fidan Hacıyevanı fortopianoda Səbinə Tağıyeva müşayiət edib.

Son xəbərlər

Orphus sistemi