Faiq Ağayevin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunan konsert keçirilib - FOTO

Faiq Ağayevin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunan konsert keçirilib - FOTO Tədbirdə DTX rəisi, general-leytenant Mədət Quliyev də iştirak edib
Şou-biznes
28 Dekabr , 2017 20:01
Faiq Ağayevin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunan konsert keçirilib - FOTO
Report

Bakı. 28 dekabr. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Faiq Ağayevin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunan konsert keçirilib.

"Report" xəbər verir ki, tədbirdə DTX rəisi, general-leytenant Mədət Quliyev, bir sıra mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Konsert proqramı sənətçinin həyat və fəaliyyəti haqqında təqdim olunan videoçarx ilə başlayıb. Mərasimdə DTX-nın özfəaliyyət kollektivinin əməkdaşları tərəfindən müğənninin repertuarından musiqilər səsləndirilib.

Sonda müğənni konsertin təşkilatçılarına təşəkkür edib, repertuarındakı musiqilərdən bir neçəsini ifa edib.

Son xəbərlər

Orphus sistemi