​"Eurovision-2016" mahnı müsabiqəsinin qalibi İstanbulda konsert verəcək

​"Eurovision-2016" mahnı müsabiqəsinin qalibi İstanbulda konsert verəcək Camala: "Özümü Türkiyədə həmişə evimizdəki kimi hiss edirəm"
Şou-biznes
11 Avqust , 2016 15:13
​Eurovision-2016 mahnı müsabiqəsinin qalibi İstanbulda konsert verəcək

Bakı. 11 avqust. REPORT.AZ/ Krımlı müğənni Camala Türkiyədə son hadisələr zamanı demokratiya uğrunda şəhid olanların xatirəsinə konsert verəcək.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, "1944" adlı mahnısı ilə bu keçirilən "Eurovision" mahnı müsabiqəsində qalib olan Camala Fətullahçı terror təşkilatını (FETÖ) qınayaraq, Türkiyədə verəcəyi konserti demokratiya uğrunda şəhidlərin xatirəsinə həsr edəcəyini söyləyib.

Onun sözlərinə görə, konsert avqustun 17-də İstanbulda olacaq.

Məlumatda bildirilib ki, Camala Türkiyəyə olan sevgisini belə vurğulayıb: "Türkiyə mənin üçün ailəmin bir parçasıdır. Türkiyəni ana vətənim qəbul edirəm. Orada bacım və bacım uşaqları yaşayırlar. Özümü Türkiyədə həmişə evimizdəki kimi hiss edirəm".

Son xəbərlər

Orphus sistemi