“Eurovision - 2021”də təmsilçimizin hansı nömrə ilə çıxış edəcəyi bəlli oldu

“Eurovision - 2021”də təmsilçimizin hansı nömrə ilə çıxış edəcəyi bəlli oldu Final mərhələsi mayın 22-də keçiriləcək
Şou-biznes
30 Mart , 2021 15:44
“Eurovision - 2021”də təmsilçimizin hansı nömrə ilə çıxış edəcəyi bəlli oldu

Mayın 18-22-də Rotterdam şəhərində keçiriləcək “Eurovision - 2021” mahnı müsabiqəsinin yarımfinallarında iştirak edəcək ölkələrin siyahısı və ardıcıllığı bəlli olub.

“Report” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizin təmsilçisi Efendi mayın 18-də keçiriləcək birinci yarımfinalda 14-cü nömrə ilə çıxış edəcək.

Qeyd edək ki, müsabiqənin yarımfinalları mayın 18-də və 20-də, final mərhələsi isə 22-də keçiriləcək.

Xatırladaq ki, ötən il Rotterdam şəhərində 65-ci dəfə keçirilməsi nəzərdə tutulmuş “Eurovision - 2021” mahnı müsabiqəsi koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər üzündən təxirə salınmışdı.

Son xəbərlər

Orphus sistemi