İslandiya "Eurovision"da canlı iştirak etməyəcək

İslandiya "Eurovision"da canlı iştirak etməyəcək Bundan əvvəl qrupun digər üzvlərində də COVID-19 aşkarlanmışdı
Şou-biznes
19 May , 2021 18:18
İslandiya Eurovisionda canlı iştirak etməyəcək

"Eurovision-2021" mahnı müsabiqəsində iştirak edən İslandiya təmsilçisinin daha bir üzvündə koronavirus aşkarlanıb.

“Report” müsabiqənin saytına istinadən xəbər verir ki, Rotterdam şəhərindəki “Ahoy Arena”da sabah keçiriləcək ikinci yarımfinalında çıxışı nəzərdə tutulan İslandiya təmsilçisi olan “Daði og Gagnamagnið” qrupu canlı çıxış etməyəcək, əvəzində ayın 13-də lentə alınmış məşqləri nümayiş olunacaq.

Qeyd edək ki, bundan əvvəl qrupun digər üzvlərində də COVID-19 aşkarlanmışdı.

Son xəbərlər

Orphus sistemi