​"Eurovision" yarışmasının finalında çıxışlarının sıralanması müəyyənləşib

​"Eurovision" yarışmasının finalında çıxışlarının sıralanması müəyyənləşib Elnur Hüseynov 24-cü sırada çıxış edəcək
Şou-biznes
137
22 May , 2015 12:21
​Eurovision yarışmasının finalında çıxışlarının sıralanması müəyyənləşib

Bakı. 22 may. REPORT.AZ/ Azərbaycanı "Eurovision" yarışmasında təmsil edən Elnur Hüseynov 24-cü çıxış edəcək. "Report" müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, "Eurovision" müsabiqəsinin finalında çıxış edəcək iştirakçılar aşağıdakı qaydada səhnəyə çıxacaqlar: Sloveniya, Fransa, İsrail, Estoniya, Böyük Britaniya, Ermənistan, Litva, Serbiya, Norveç, İsveç, Kipr, Avstraliya, Belçika, Avstriya, Yunanıstan, Monteneqro, Almaniya, Polşa, Latviya, Rumıniya, İspaniya, Macarıstan, Gürcüstan, Azərbaycan, Rusiya, Albaniya və İtaliya.

Çıxışların sıralanmasını şounun prodüserləri müəyyən ediblər.

Xatırladaq ki, Azərbaycan təmsilçisi Elnur Hüseynov "Wolf Hour" ("Canavar saatı") mahnısını ifa edərək, mayın 23-də Vyanada keçiriləcək finala vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi