“Eurovision-2019”un qalibi koronavirusa yoluxduğundan finalda canlı çıxış etməyəcək

“Eurovision-2019”un qalibi koronavirusa yoluxduğundan finalda canlı çıxış etməyəcək Bununla belə, son qalibin başqa formada - səsyazma vasitəsi və ya videoəlaqə ilə auditoriya qarşısına çıxacağı planlaşdırılır
Şou-biznes
920
20 May , 2021 18:48
“Eurovision-2019”un qalibi koronavirusa yoluxduğundan finalda canlı çıxış etməyəcək
Dunkan Lourens

“Eurovision-2019”un qalibi Dunkan Lourens koronavirusa yoluxub və builki müsabiqənin final mərhələsində canlı çıxış edə bilməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün “Eurovision”un təşkilatçıları məlumat veriblər.

“Lourensin şənbə günü finalda çıxış edəcəyi planlaşdırılmışdı, ancaq onun koronavirus testi müsbət çıxıb. Lourens xəstəliyi yüngül keçirir. Ancaq məcburi yeddi günlük təcrid müddəti səbəbilə o, Rotterdamdakı konsert zalında canlı ifa edə bilməyəcək”, - məlumatda deyilir.

Bununla belə, son qalibin başqa formada - səsyazma vasitəsi və ya videoəlaqə ilə auditoriya qarşısına çıxması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi