Azərbaycanın “Eurovision 2019”dakı təmsilçisinin tanıtım çarxı çəkilib - VİDEO

Azərbaycanın “Eurovision 2019”dakı təmsilçisinin tanıtım çarxı çəkilib - VİDEO Azərbaycanı “Eurovision 2019” mahnı müsabiqəsində təmsil edəcək Çingiz Mustafayevin tanıtım çarxının çəkilişləri yekunlaşıb.
Şou-biznes
23 Aprel , 2019 12:47
Azərbaycanın “Eurovision 2019”dakı təmsilçisinin tanıtım çarxı çəkilib - VİDEO
0 : 00
0 : 00

Azərbaycanı “Eurovision 2019” mahnı müsabiqəsində təmsil edəcək Çingiz Mustafayevin tanıtım çarxının çəkilişləri yekunlaşıb.

Bu barədə "Report"a İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

“Arzulamağa qərar ver: rəqs et” mövzusundakı video çarx Azərbaycan və İsrail dostluğu ilə yanaşı, müsabiqə iştirakçılarının birliyini də nümayiş etdirir. Bildirilib ki, müxtəlif və biri-birindən gözəl məkanlarda reallaşan çəkiliş prosesi maraqlı xatirələrlə yadda qalıb.

Qeyd edək ki, Çingiz Mustafayev Təl-Əvivdə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı “Truth” (Həqiqət) adlı mahnı ilə ikinci yarım finalda 18-ci nömrə ilə təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi