"Eurovision-2018" müsabiqəsində iştirakçıların çıxışının püşkatması keçirilib

"Eurovision-2018" müsabiqəsində iştirakçıların çıxışının püşkatması keçirilib Azərbaycan təmsilçisi birinci yarımfinalın ilk yarısında çıxış edəcək
Şou-biznes
118
29 Yanvar , 2018 17:51

Bakı. 29 yanvar. REPORT.AZ/ Portuqaliyanın paytaxtı Lissabon şəhərinin meriyasında "Eurovision-2018" beynəlxalq mahnı müsabiqəsində iştirakçıların çıxışının ardıcıllığı üzrə püşkatması keçirilib.

"Report" xəbər verir ki, püşk nəticəsində iştirakçı ölkələrin yarımfinallar üzrə mövqeyi müəyyənləşib.

Püşkə əsasən, Azərbaycan təmsilçisi birinci yarımfinalın ilk yarısında çıxış edəcək.

Xatırladaq ki, 2018-ci ildə "Eurovision" mahnı müsabiqəsində ölkəmizi Aysel Məmmədova təmsil edəcək.

Təmsilçimizin rəqibləri Albaniya, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Estoniya, İslandiya, İsrail və Litva nümayəndələri olacaq.

İkinci yarımfinalda Rusiya, Gürcüstan və Ukrayna təmsilçiləri bir yerə düşüblər.

İştirakçı ölkələrin sayının tək olması nəticəsində təşkilatçılar birinci yarımfinalda 19, ikinci yarımfinalda isə 18 nəfərin iştirak etməsinə qərar veriblər.

Finala hər yarımfinaldan 10 ölkə adlayacaq. Böyük beşlik ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) və müsabiqənin ev sahibi olan Portuqaliya ilə birlikdə finalda qalib adı uğrunda 26 iştirakçı yarışacaq.

Son xəbərlər

Orphus sistemi