"Eurovision-2017" üçün bütün biletlər satılıb

"Eurovision-2017" üçün bütün biletlər satılıb Ən ucuz biletin dəyəri 8 avrodur
Şou-biznes
12 Aprel , 2017 12:21
Eurovision-2017 üçün bütün biletlər satılıb

Bakı. 12 aprel. REPORT.AZ/ Kiyevdə keçiriləcək "Eurovision-2017" beynəlxalq mahnı müsabiqəsinin üç final şousuna biletlərin hamısı satılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu bilet satışı ilə məşğul servisin rəsmi məlumatları göstərir.

"Eurovision-2017" beynəlxalq mahnı müsabiqəsi üçün biletlər aprelin 10-da satışa çıxarılıb. Ümumilikdə 70 min bilet satışa çıxarılıb. Ən ucuz biletin dəyəri 8 avrodur. Final şousu zamanı ən ucuz bilet 80 avroya, ən bahalısı isə 500 avroyadır.

Qeyd edək ki, bu il "Eurovision" müsabiqəsi 9, 11, 13 may tarixlərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi