"Eurovision-2017" mahnı müsabiqəsinin loqosu və şüarı təqdim olunub - VİDEO

"Eurovision-2017" mahnı müsabiqəsinin loqosu və şüarı təqdim olunub - VİDEO Yeni loqo ənənəvi Ukrayna boyunbağı "namısto"nu əks etdirir
Şou-biznes
196
30 Yanvar , 2017 17:12
Eurovision-2017 mahnı müsabiqəsinin loqosu və şüarı təqdim olunub - VİDEO

Bakı. 30 yanvar. Ukraynanın REPORT.AZ/ Ukraynanın İctimai Televiziyası və Avropa Yayım Birliyi bu il "Eurovision" mahnı müsabiqəsinin "Müxtəlifliyi bayram edək" (Celebrate Diversity) şüarı altında keçiriləcəyini açıqlayıb.

"Report" xəbər verir ki, həmçinin builki müsabiqə üçün ənənəvi Ukrayna boyunbağı "namısto" formasında yeni loqo hazırlanıb.

Müsabiqənin supervayzeri Yon Ola Sandın sözlərinə görə, "Müxtəlifliyi bayram edək" şüarı keçənilki müsabiqənin "Bir yerə toplaşaq" mövzusuna əsaslanır və "Eurovision" müsabiqəsinin dəyərləri özündə əks etdirir.

Qeyd edək ki, müsabiqə Kiyevdə bu il mayın 9, 11 və 13-də keçiriləcək. Mahnı müsabiqəsində ümumilikdə 43 ölkə, o cümlədən Azərbaycan iştirak edəcək. Azərbaycanı müsabiqədə Diana Hacıyeva təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi