Bakı. 26 aprel. REPORT.AZ/ "Eurovision-2016" mahnı müsabiqəsinin qalibi Camala ailə həyatı qurub.
"Report" xəbər verir ki, onun həyat yoldaşı Krım tatarlarının hüquqlarının müdafiəsi fəalı Bəkir Süleymanov olub.
Toy Kiyevin İslam Mədəniyyət Mərkəzində krım-tatar ənənələri üzrə keçirilib.
Qeyd edək ki, Camala (Susanna Camaladdinova) ötən il keçirilən müsabiqədə Krım tatarlarının deportasiyasına həsr olunmuş "1944" mahnısını ifa etməklə qalib olub.