"Eurovision-2016"da Azərbaycandan səsvermənin yekun nəticələrini tanınmış teleaparıcı təqdim edəcək

"Eurovision-2016"da Azərbaycandan səsvermənin yekun nəticələrini tanınmış teleaparıcı təqdim edəcək Bu gün müsabiqənin finalı keçieiləcək
Şou-biznes
14 May , 2016 15:34
Eurovision-2016da Azərbaycandan səsvermənin yekun nəticələrini tanınmış teleaparıcı təqdim edəcək

Bakı. 14 may. REPORT.AZ/ Avropa Yayım Birliyi Stokholmda keçirilən "Eurovision-2016" mahnı müsabiqəsində Azərbaycandan səsvermənin yekun nəticələrini elan edəcək şəxsin adını açıqlayıb.

"Report" xəbər verir ki, səsvermənin nəticələrinin tanınmış azərbaycanlı teleaparıcı Tural Əsədov təqdim edəcək.

Qeyd edək ki, bu gün Stokholmda "Globe Arena"da "Eurovision-2016" müsabiqəsinin finalı keçiriləcək.

Azərbaycanı yarışmada təmsil edən Səmra Rəhimli "Miracle" (Möcüzə) mahnısı ilə 4-cü çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi