"Eurovision-2015" mahnı müsabiqəsinin səhnə dizaynı təqdim olunub

"Eurovision-2015" mahnı müsabiqəsinin səhnə dizaynı təqdim olunub Müsabiqənin keçiriləcəyi səhnə 1288 ayrı-ayrı işıq-diod sütunlarından ibarətdir
Şou-biznes
169
23 Aprel , 2015 15:29
Eurovision-2015 mahnı müsabiqəsinin səhnə dizaynı təqdim olunub

Bakı. 23 aprel. REPORT.AZ/ Bu il Avstriyanın paytaxtı Vyana şəhərində baş tutacaq "Eurovision" mahnı müsabiqəsinin səhnə dizaynı təqdim olunub.

"Report" müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, müsabiqənin keçiriləcəyi səhnə 1288 ayrı-ayrı işıq-diod sütunlarından ibarətdir.

Bu sütunlar möhtəşəm işıq effekti yaradacaq. Səhnədə arxa planda LED ekran quraşdırılacaq. 

Qeyd edək ki, müsabiqə mayın 19, 21 və 23-də Vyanadakı "Stadthalle" səhnəsində keçiriləcək.

Bu il Azərbaycanı müsabiqədə Elnur Hüseynov "Hour of the wolf" mahnısı ilə təmsil edəcək. 

Son xəbərlər

Orphus sistemi