​“Eurovision-2015” mahnı müsabiqəsində ilk 10 finalçı məlum olub

​“Eurovision-2015” mahnı müsabiqəsində ilk 10 finalçı məlum olub Rusiya və Gürcüstan növbəti mərhələyə vəsiqə qazanıb
Şou-biznes
20 May , 2015 05:47
​“Eurovision-2015” mahnı müsabiqəsində ilk 10 finalçı məlum olub

Bakı. 20 may. REPORT.AZ/ Ötən gün Avstriyanın “Viener Şdathal” arenasında “Eurovision-2015” mahnı müsabiqəsinin birinci yarımfinal konserti baş tutub.

"Report" xəbər verir ki, 16 ölkənin iştirakı ilə keçirilən yarımfinalda səhnəyə birinci Moldova təmsilçisi Eduard Romanyuta çıxıb.

Daha sonra Ermənistan, Belçika, Niderland, Finlandiya, Yunanıstan, Estoniya, Makedoniya, Serbiya, Macarıstan, Belarus, Rusiya, Danimarka, Albaniya, Rumıniya və Gürcüstan təmsilçiləri öz ifalarını səsləndiriblər.

Çıxışlardan sonra 15 dəqiqə ərzində təmsilçilərə səslər göndərilib. Səsvermə nəticəsində 10 ölkə finala yüksəlib. Birinci yarımfinalın ilk finalçıları bunlardır: Albaniya, Ermənistan, Rusiya, Rumıniya, Macarıstan, Yunanstan, Estoniya, Gürcüstan, Serbiya və Belçika.

Müsabiqənin növbəti mərhələsi mayın 21-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi