Emin "Jara" festivalına xərclədiyi vəsaitin miqdarını açıqlayıb

Emin "Jara" festivalına xərclədiyi vəsaitin miqdarını açıqlayıb Emin Ağalarov: "Jara" festivalını ABŞ televiziyasında yayımlamaq olar"
Şou-biznes
2083
4 Oktyabr , 2017 11:26
Emin Jara festivalına xərclədiyi vəsaitin miqdarını açıqlayıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu il Bakıda "Jara" musiqi festivalının keçirilməsi üçün 5 milyon ABŞ dolları xərclənib.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın "Forbes" jurnalına müsahibəsində rusiyalı müğənni və iş adamı Emin Ağalarov bildirib.

"Bu il "Jara" festivalını keçirmək üçün təqribən 5 milyon ABŞ dolları xərclədim. 2016-cı ildə festival üçün 2,6 milyon dollara xərcləmişdim və bunun 1,2 milyon dollarını sponsor vəsaitləri və bilet satışından geri qaytara bilmişdim. Keçən il zərər 1,4 milyon dollar olmuşdusa, bu il 2,5 milyon dollar təşkil etdi", - E.Ağalarov vurğulayıb.

Onun sözlərinə görə, o, festivalın təşkilinə biznes kimi baxır.

"Bir-iki ilə qazanc götürməyi heç fikirləşmirdim də, bunun üçün daha çox vaxt lazımdır. Məsələn, mehmanxana işinə sərmayə qoyanda bunun xeyrini 10-12 ilə görürsən. Kommersiya əmlakı üçün bu müddət 8-10 ildir", - biznesmen qeyd edib.

E.Ağalarov bildirib ki, festivalın inkişafını nəzərə alınmaqla, beynəlxalq məşhurların ifası üçün ayrıca bir gün ayırmaq da olar.

"Bu iş çərçivəsində festivalı ABŞ televiziyasında da yayımlamaq mümkündür. Festival ildən-ilə inkişaf edəcək və o zaman qazana biləcəyəm", - müğənni diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi