Emin Ağalarov Rusiyanın məşhur jurnalını alıb

Emin Ağalarov Rusiyanın məşhur jurnalını alıb Azərbaycan əsilli iş adamı və müğənni Emin Ağalarov Rusiyanın məşhur OK! jurnalının və eyniadlı saytın sahibi olub.
Şou-biznes
139
15 İyul , 2019 11:25
Emin Ağalarov Rusiyanın məşhur jurnalını alıb

Azərbaycan əsilli iş adamı və müğənni Emin Ağalarov Rusiyanın məşhur "OK!" jurnalının və eyniadlı saytın sahibi olub.

"Report" xəbər verir ki, bu barədə TASS-a "Forbes Russia"nın Marketinq və ictimaiyyətlə əlaqələr direktoru Dmitri Ozman bildirib.

"OK!" jurnalının yeni sahibi iş adamı Emin Ağalarov olub. Müqavilə iyulun 12-də bağlanılıb və proses bir ay ərzində yekunlaşacaq. Məşhur jurnal, eləcə də eyniadlı sayt "Jara" mediaholdinqinin aktivinə keçir", - D.Ozman söyləyib.

"Forbes Russia"dan bildiriblər ki, dəyişikliklər yalnız jurnalın idarəetmə strukturuna təsir edəcək və Vadim Vernik baş redaktor kimi qalacaq.

Son xəbərlər

Orphus sistemi