Elvis Preslinin nəvəsi intihar edib

Elvis Preslinin nəvəsi intihar edib 28 yaşlı müğənni başına güllə vuraraq intihar edib
Şou-biznes
13 İyul , 2020 07:39
Elvis Preslinin nəvəsi intihar edib

Məşhur amerikalı musiqiçi Elvis Preslinin nəvəsi Benjamin Kionun meyiti ABŞ-ın Kaliforniya ştatının Kalabasas şəhərindəki evində tapılıb.

“Report” xəbər verir ki, bu barədə TMZ portalı gəncin anasının menecerinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, 28 yaşlı müğənni başına güllə vuraraq intihar edib.

Benjamin Kio Elvis kimi musiqiçi idi və babasına çox bənzəyirdi. Amma onun həyatı haqqında mətbuata çox az şey məlumdur.

Son xəbərlər

Orphus sistemi