Elnur Hüseynov “Eurovision-2015” səhnəsində ikinci rəsmi məşqini keçirib - VİDEO

Elnur Hüseynov “Eurovision-2015” səhnəsində ikinci rəsmi məşqini keçirib - VİDEO İfa zamanı Elnurla səhnədə iki rəqqas olub. Onun səsinə üç güclü bek-vokalçı dəstək verib
Şou-biznes
16 May , 2015 21:15
Elnur Hüseynov “Eurovision-2015” səhnəsində ikinci rəsmi məşqini keçirib - VİDEO

Bakı. 16 May. REPORT.AZ/ “Eurovision-2015” mahnı müsabiqəsində Azərbaycanı təmsilçisi Elnur və onun komandası bu vacib çıxışa hazırlıq üçün maksimum səylər göstərir.  "Report" xəbər verir ki, mayın 16-da Elnur “Hour of the Wolf” mahnısını ikinci dəfə məşq edib. İfa zamanı Elnurla səhnədə iki rəqqas olub– qız və oğlan. Elnurun səsinə üç güclü bek-vokalçı dəstək verib.

Elnurun səhnə komandası dünya səviyyəli mütəxəssislər, rəqqaslar, bir sıra beynəlxalq müsabiqələrin qalibləri və beynəlxalq mükafatların laureatları, təcrübəli bek-vokalçılardır.

Məşqin kadrları isə artıq indi izləyə bilərsiniz!

Qeyd edək ki, "Eurovision" mahnı müsabiqəsi bu il Vyana şəhərində keçiriləcək. Elnur Hüseynov "Hour of the wolf" mahnısı ilə çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi