Diana Hacıyeva son məşqini keçirib

Diana Hacıyeva son məşqini keçirib Müsabiqənin finalı mayın 13-də baş tutacaq
Şou-biznes
8 May , 2017 17:59
Diana Hacıyeva son məşqini keçirib

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycanın Ukraynada keçirilən "Eurovision-2017" mahnı müsabiqəsindəki təmsilçisi Diana Hacıyeva (DiHaj) sabahkı yarımfinal öncəsi son məşqini keçirib.

"Report"un məlumatına görə, müğənni mahnı müsabiqənin münsiflərin qiymətləndirilməsi üçün nəzərdə tutulan məşqdə çıxış edib.

Məlumata görə, əvvəlki məşqlərlə müqayisədə D.Hacıyevanın çıxışında heç bir dəyişiklik edilməyib.
Xatırladaq ki, Azərbaycan təmsilçisi mayın 9-da baş tutacaq birinci yarımfinalda "Skeletons" adlı mahnı ilə 8 nömrə altında çıxış edəcək. Müsabiqənin finalı mayın 13-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi