COVID-19-a yoluxan Türkiyənin məşhur aktyorunun vəziyyəti ağırlaşıb

COVID-19-a yoluxan Türkiyənin məşhur aktyorunun vəziyyəti ağırlaşıb Türkiyənin məşhur kino aktyoru Nuri Alço koronavirusa yoluxub
Şou-biznes
23 Mart , 2021 15:46
COVID-19-a yoluxan Türkiyənin məşhur aktyorunun vəziyyəti ağırlaşıb

Türkiyənin məşhur kino aktyoru Nuri Alço koronavirusa yoluxub.

“Report” “Cumhuriyyet”ə istinadən xəbər verir ki, vəziyyəti ağırlaşan sənətçi xəstəxanaya yerləşdirilib.

69 yaşlı N.Alço bir həftədir COVID-19-la mübarizə aparır.

Aktyorun həyat yoldaşı Burcu Sezginoğlu sosial şəbəkə hesabından paylaşım edərək ona dua olunmasını xahiş edib.

Qeyd edək ki, Yeşilçam dövrünün mənfi obrazı olan Nuri Alço 40 illik yaradıcılığında 80-dən çox kino və filmlərdə rol alıb.

Son xəbərlər

Orphus sistemi